Qazaxıstan prezidenti Kasım Jomart Rusiya prezidenti Vladimir Putinlə dünən təkbətək görüşündə müzakirə etdiyi məsələləri açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Tokayev ötən gün Putinlə iki saatdan çox təkbətək görüşdə ikitərəfli əməkdaşlıq və beynəlxalq vəziyyətin bir çox məsələlərini müzakirə etdiklərini bildirib.
O əlavə edib ki, Qazaxıstan və Rusiya arasında tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq Rusiyaya dövlət səfərinə xüsusi əhəmiyyət verir.
Qeyd edək ki, dünən Rusiya və Qazaxıstan liderləri arasında Kremldə görüş keçirilib. Daha sonra Putin və Tokayev təkbətək 2,5 saatlıq görüş keçiriblər.

