Bakı. Trend:
Venesuela hökuməti ABŞ silahlı qüvvələrinin Karib dənizinə daxil
olmasına cavab olaraq ölkədə kütləvi səfərbərlik elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez bu addımı
“ABŞ-dən qanynaqlanan imperialistik təhdidə” cavab kimi xarakterizə
edib.
Lopez eyni zamanda hərbi təlimlərə başlanıldığını elan edib.
Manevrlərdə Bolivarian milisi – mülkilərdən ibarət ehtiyat qüvvələr
də iştirak edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin ən iri gəmisi “USS Gerald
R. Ford” Latın Amerikasının sularına daxil olub. “The Guardian”
nəşri bunu ABŞ-Venesuela qarşıdurmasının yeni mərhələsinin
başlanğıcı kimi qələmə verib.

