Bolqarıstanda yanacaq ehtiyatları tükənmək üzrədir

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanda yanacaq ehtiyatları sürətlə azalır, ölkədə
benzinin təxminən 35, dizelin isə 50 günlük ehtiyatı qalıb.

Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi Bolqarıstan Dövlət Ehtiyatlar
Agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.




Bildirilib ki, vəziyyət oktyabr ayının sonunda ABŞ-nin Rusiyanın
iki aparıcı neft şirkəti – “LUKOIL” və “Rosneft”ə qarşı sanksiyalar
tətbiq etməsindən sonra daha da pisləşib.

“LUKOIL” bu yaxınlara qədər Bolqarıstanın Burqas şəhərində
yerləşən ən böyük neft emalı zavodunu idarə edib və ölkə üzrə
yüzlərlə yanacaqdoldurma məntəqəsinə sahib olub.