Dominikan Respublikasında qəza səbəbindən ölkə üzrə işıqlar sönüb

Baş səhifə

Bakı. Trend:

Dominikan Respublikasında baş verən qəza nəticəsində ölkə üzrə
elektrik enerjisinin tam kəsilməsi qeydə alınıb və milli polis
asayişi təmin etmək üçün səfərbər edilib.

Trend xəbər verir
ki, yerli “Diario Libre” qəzetinin məlumatına görə, noyabrın 11-də
yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə 03:00) qədər ölkənin
enerji təchizatının yalnız 30 faizindən bir qədər çoxu bərpa
olunub.




Dominikanın dövlət enerji şirkəti ETED bildirib ki, fasilə
ölkənin şərqində yerləşən iki böyük elektrik stansiyasında qəza
nəticəsində yaranıb.

Milli Polis sosial şəbəkədə yaydığı açıqlamada ictimai asayişin
qorunması üçün bölmələrin ölkə üzrə yerləşdirildiyini bildirib.