Bakı. Trend:
Əfqanıstan və Pakistan nümayəndələrinin İstanbulda keçirdiyi
danışıqlar uğursuzluqla nəticələnib.
Trend xarici KİV-ə
xəbər verir ki, bu haqda Əfqanıstanın Xarici İşlər nazirinin
müavini Məhəmməd Naim məlumat verib
Naimin sözlərinə görə, danışıqlar nəticəsiz qalsa da, Kabul
məntiq çərçivəsində olan istənilən razılaşmaya hazırdır.
Qeyd edilir ki, 10 noyabr tarixində Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Pakistan və Əfqanıstan arasındakı münaqişənin həll
olunması üçün türk sülh təşəbbüsü planını açıqlamışdı. Türkiyə
lideri yaxın zamanda İslamabada XİN, MN, eləcə də xüsusi xidmət
orqanlarının rəhbərlərini göndərməyi planlaşdırır. Məqsəd iki ölkə
arasında münasibətlərin nizamlanma yollarını müzakirə etməkdir.

