
Bakı. Trend:
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti
iştirakçılarına müraciət edib.
Trend-in məlumatına görə,
müraciətdə deyilir:
“Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş
əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət
intensivliyi artacaqdır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət
edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün
təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı
vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi
xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin
texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün
qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət
rejiminə ciddi əməl etməyə çağırırıq”.

