Hindistanda partlayiş olub, 22 avtomobil yanıb

Baş səhifə

Bakı. Trend:

Hindistan paytaxtı Yeni Dehlinin Köhnə Dehli ərazisində baş
verən partlayış nəticəsində ən azı 22 avtomobil və bir avtorikşa
yanıb.

Trend-in məlumatına görə, bu barədə bu barədə Yeni Dehli polisi
xəbər verib.




“Bu gün saat 18:52-də yavaş hərəkət edən avtomobil qırmızı
işıqda dayanıb. Avtomobilin içərisində partlayış baş verib və
yaxınlıqdakı nəqliyyat vasitələrinə ziyan dəyib. Bir neçə nəfər
öldü, digərləri yaralanıb”, – deyə polis komissarı Satiş Qolça
bildirib.

Hindistanın Yeni Dehli, Uttar Pradeş ştatı və Mumbay şəhərində
yüksək hazırlıq vəziyyəti elan edilib. Hindistanın Pakistan və
Banqladeşlə sərhədləri boyunca da patrul xidməti gücləndirilib.