Çay evindən oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon ərazisində
yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət
əşyaları oğurlanıb.




Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev
müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan
metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.