Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal
Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib.

Trend xəbər
verir ki, bu barədə nazirliyin “Facebook” hesabında paylaşım
edilib.

“Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün
vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın
yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi
Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq”, – paylaşımda qeyd
olunub.