Bakı. Trend:
Belçika müdafiə naziri Teo Franken 17 yaşlı gənclərə könüllü
şəkildə hərbi xidmətə qoşulmaq üçün məktublar göndərildiyini
açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, nazir sosial şəbəkə
hesabındakı paylaşımında təxminən 149 000 məktubun 17 yaşlılara
ünvanlandığını bildirib.
Həmin layihə sentyabr ayında təsdiqlənib və məktəblər vasitə ilə
gəncləri könüllü hərbi xidmətdə iştiraka təşviq etmək
hədəflənir.
Qeyd olunub ki, müxalifət bu təşəbbüsü “cəmiyyətin
militarizasiyası” kimi tənqid edir.

