Slovakiyada iki qatar toqquşub, xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava yaxınlığında iki qatar
toqquşub, xeyli sayda xəsarət alanlar var.

Trend xəbər verir ki, bu
barədə TASR xəbər agentliyi məlumat yayıb.




Məlumata görə, artıq polis və təcili yardım xidmətləri hadisə
yerindədir.

Mümkün itkilər barədə məlumat verilmir.