Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəlib

Baş səhifə
Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 8:3.

Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.