Slovakiya Çin Sədri Si Cinpinin səfərinə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Slovakiya Çin Xalq Respublikasının Sədri Si Cinpinin ölkəyə
səfərini gözləyir.

Trend xəbər verir
ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib. Lakin o,
səfərin dəqiq tarixini açıqlamayıb.

Fitso əlavə edib ki, yaxın vaxtlarda Almaniya kansleri Fridrix
Merts və NATO-nun baş katibi Mark Ruttenin də Slovakiyaya səfərləri
planlaşdırılır. “Biz kansler Mertslə onun yaxın gələcəkdə
Slovakiyaya səfəri barədə açıq razılığa gəlmişik. Düşünürəm ki, baş
katib Mark Rutte də noyabrın 18-də burada olacaq və sonra mən
Brüsselə gedəcəyəm”, – baş nazir qeyd edib.




Fitso, həmçinin Rusiyanın dondurulmuş aktivlərinin 140 milyard
avroluq hissəsinin Ukraynanın yenidən qurulması və ya yardımı üçün
istifadə edilməsi məsələsinə münasibət bildirib. O, bu aktivlərin
Kiyevə müdafiə məqsədilə yönəldilməsini dəstəkləmədiyini
vurğulayıb.

“Yəqin ki, silah və hərbi xərclərə 140 milyard avro xərcləsək,
bunun heç vaxt geri qaytarılmayacağı qənaətinə gələcəyik. Slovakiya
hərbi xərclərdə iştirak edə bilməz”, – Robert Fitso bildirib.