Almaniyada avtobus piyadalara çırpılıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın cənub-qərbində avtobusun bir qrup piyadanı vurması
nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə SWR teleradio şirkəti məlumat yayıb. Hadisə İsveçrə
sərhədi yaxınlığındakı Vayl-am-Reyn (Baden-Vürtemberq federal
torpağı) şəhərində baş verib. Gün ərzində avtobus bir neçə
avtomobillə toqquşaraq səkiyə çırpılıb.




Hadisə nəticəsində 34 yaşlı qadın ölüb, yaralanan 10 nəfərdən
üçü xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, yol-nəqliyyat hadisəsinin səbəbi hələ
məlum deyil və bunun terror aktı deyil, sadəcə qəza olduğu
bildirilir.