ABŞ-də şatdaun səbəbindən 700-dən çox aviareys ləğv edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-də hökumətin fəaliyyətinin qismən dayandırılması – şatdaun
səbəbindən 700-dən çox aviareys ləğv edilib.

Trend xəbər verir
ki, bu barədə “ABC News” məlumat yayıb. Bildirilib ki, reyslərin
ləğvinə ABŞ Federal Mülki Aviasiya İdarəsinin qərarları səbəb olub.
Qurum ölkənin 40 ən böyük hava limanında buraxılış qabiliyyətini
məhdudlaşdırmağa davam edir.

Saat 06:00-a (Bakı vaxtı ilə 15:00) olan məlumata görə, ABŞ-də
ümumilikdə 754 reys ləğv edilib.




Məlumata əsasən, Amerika hakimiyyəti hökumətin fəaliyyətinin
dayandırılması ilə əlaqədar uçuşların sayını məhdudlaşdırmaq
qərarına gəlib.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, şatdaunun
dayandırılması Demokratlar Partiyasının mövqeyindən asılıdır.