
Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva rəsmi “Instagram” hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki,
paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü
münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü
bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim
Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür
edirəm!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət
eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”.


