Azərbaycanda sığorta əhatəliliyinin artırılması müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta əhatəliliyinin
artırılması müzakirə edilib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar
Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.




Görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə sığorta sektorunun
fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar və ümumilikdə sektorun
davamlı inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə həmçinin qarşıdakı dövr üçün strateji hədəflər, eləcə də
sığorta əhatəliliyinin artırılması və sektorda dayanıqlılıq
prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.