
Bakı. Trend:
TƏBİB rəhbərliyinin tapşırığına əsasən vətəndaş məmnunluğunun
yüksəldilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, həmçinin
9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə
Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31
ünvanında yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində
imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.
Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, aptek Binəqədi rayonunun Biləcəri qəsəbəsi
əhalisinin qeydiyyatda olduğu 15 nömrəli və Binəqədi qəsəbəsi
əhalisinin qeydiyyatda olduğu 35 nömrəli Şəhər Poliklinikalarının
imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
Belə ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində
qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə
mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata
keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9
nömrəli Şəhər Poliklinikasında (9-cu mikrorayon, Mir Cəlal küçəsi
ünvanında) yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı
bir sıra növbələrin yaranmasına səbəb olurdu.
9 nömrəli Şəhər Poliklinikasının mərkəzləşdirilmiş apteki 9-cu
mikrorayon ərazisində yerləşdiyindən, məsafənin uzaq olması
Biləcəri və Binəqədi qəsəbəsi sakinlərinə dərman təminatı zamanı
bir sıra çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur.
Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi
sözügedən qəsəbələrin sakinlərinin işini xeyli asanlaşdıracaq.
Aptek ümumilikdə, 4692 nəfər əhaliyə tibbi xidmət göstərəcək.
Bunlardan ümumilikdə, 2400 nəfəri 15 nömrəli, 2292 nəfəri isə 35
nömrəli Şəhər Poliklinikalarının dispanser qeydiyyatda olan
xəstələrini əhatə edir.
Belə ki, 52 kvadrat metr sahədə yerləşən aptek müasir tibbi
avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının
təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə
TƏBİB rəhbərliyi tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində
tədbirlərin həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir.
Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində
qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə
mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata
keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9
nömrəli Şəhər Poliklinikasında (9-cu mikrorayon, Mir Cəlal küçəsi
ünvanında) yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı
bir sıra növbələrin yaranmasına səbəb olurdu.

