ABŞ ordusu Karib dənizində daha bir “narko-terrorçu” qayığını məhv edib

Baş səhifə

Bakı. Trend:

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ qüvvələri
beynəlxalq Karib sularında narkotik daşımaq üçün istifadə edildiyi
iddia olunan daha bir qayığı məhv edib.

Trend xəbər verir
ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

Heqset qeyd edib ki, “narko-terrorçu” gəmilərinə qarşı
əməliyyatlar amerikalıları zəhərləmə cəhdləri dayanana qədər davam
edəcək.




Onun sözlərinə görə, sözügedən qayığın göyərtəsində ABŞ
hakimiyyəti tərəfindən terrorçu hesab edilən bir təşkilatın üzvləri
olub. Qayıqda olan üç nəfər ABŞ ordusunun həyata keçirdiyi zərbə
nəticəsində məhv edilib.

Pentaqon rəhbəri xəbərdarlıq edərək bildirib: “Ölkəmizi təhdid
edən bütün narko-terrorçulara səslənirəm – sağ qalmaq
istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əks halda, sizi
məhv edəcəyik.”