Filippində “Kalmaegi” tayfunu 188 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Filippində baş verən dağıdıcı “Kalmaegi” tayfunu nəticəsində
ölənlərin sayı 188 nəfərə yüksəlib.

Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi Cənubi Asiya ölkəsinin hakimiyyət
orqanlarına istinadla məlumat yayıb.

Rəsmi məlumatlara görə, hazırda 135 nəfər itkin düşmüş sayılır,
96 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.




Tayfunun təsiri ilə qonşu Vyetnamda da fırtına və güclü küləklər
ağacları kökündən qoparıb, evlərə və infrastruktur obyektlərinə
ciddi zərər vurub. Daklak əyalətində bir evin uçması nəticəsində
bir nəfərin öldüyü bildirilib.

Filippin hökuməti axtarış-xilasetmə əməliyyatları üçün 268
mindən çox hərbçini səfərbər edib və alçaq ərazilərdə daşqın
təhlükəsi barədə əhaliyə xəbərdarlıq yayıb.

Xilasedicilərin məlumatına görə, ən təhlükəli bölgələrdən
təxminən 800 min insan təxliyə olunub.