Rockstar Games “GTA VI”nın buraxılış tarixini yenidən təxirə saldı

Baş səhifə

Bakı. Trend:

Amerikalı video oyun şirkəti Rockstar Games “Grand Theft Auto”
(GTA) oyun seriyasının altıncı hissəsinin buraxılışının bir daha
təxirə salındığını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə məlumat şirkətin “X” sosial şəbəkəsindəki rəsmi
hesabında yer alıb.

Açıqlamaya əsasən, “Grand Theft Auto VI” oyunu 2026-cı il
noyabrın 19-da, cümə axşamı günü satışa çıxarılacaq.




Xatırladaq ki, 2023-cü ilin dekabrında Rockstar Games oyunun
2025-ci ildə təqdim ediləcəyini bildirmişdi, lakin daha sonra
buraxılış tarixi 2026-cı il mayın 26-na qədər təxirə
salınmışdı.

Qeyd edək ki, seriyanın beşinci hissəsi – “GTA V” 12 il əvvəl
buraxılıb və bu günədək dünyanın ən çox satılan ikinci video oyunu
olaraq qalır (185 milyondan çox nüsxə). Birinci yerdə isə
“Minecraft” (300 milyondan çox nüsxə) qərarlaşıb.