Bakı. Trend:
Ağ Evin Oval Kabinetində ABŞ Prezidenti Donald Trampın iştirakı
ilə keçirilən mətbuat konfransı gözlənilmədən dayandırılıb.
Trend xəbər verir
ki, tədbir iştirakçılarından birinin huşunu itirməsi səbəbindən
konfrans yarıda kəsilib. Hadisə “Fox News” telekanalının canlı
efiri zamanı baş verib.
ABŞ-nin “Eli Lilly” dərman şirkətinin baş direktoru çıxış
edərkən kamera zalda əyləşən bir iştirakçıya yönəlib. Görüntülərdə
həmin şəxsin əlini ürəyinin üzərinə qoyaraq yerə yıxıldığı əks
olunub.
Digər iştirakçılar dərhal ona yardım göstəriblər, daha sonra isə
jurnalistlərdən otağı tərk etmələri xahiş olunub.
Məlumata görə, huşunu itirən şəxs “Novo Nordisk” şirkətinin
nümayəndəsi Qordon Findley ola bilər. Hadisənin təfərrüatları
barədə əlavə məlumat açıqlanmayıb.

