ABŞ-nin ölkəmizin daxili işlərinə müdaxiləsinə icazə verməyəcəyik – Meksika Prezidenti

Baş səhifə

Bakı. Trend:

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Meksikanın daxili
işlərinə qarışmasına qəti şəkildə qarşı olduğunu bəyan edib.

Trend-in
məlumatına görə, dövlət başçısı bu barədə gündəlik mətbuat
konfransında çıxışı zamanı bildirib.

“ABŞ-dən heç bir müdaxilə olmayacaq. Bir neçə nəfər istisna
olmaqla, demək olar ki, heç bir meksikalı kənardan müdaxilə və ya
təzyiqin olmasını istəmir”, – deyə Şeynbaum vurğulayıb.




O qeyd edib ki, Meksika ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığa
üstünlük verir: “Heç bir halda müdaxiləyə yol verməyən çərçivə
müqaviləmiz var. Bu, qarşılıqlı əməkdaşlığa əsaslanır.”

Prezidentin sözlərinə görə, Meksika azad, müstəqil və suveren
dövlət kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, daha əvvəl NBC kanalı Tramp administrasiyasının
Meksikada narkotik kartelləri ilə mübarizə məqsədilə yeni hərbi
əməliyyat planı üzərində işlədiyini, bu çərçivədə ABŞ hərbçiləri və
kəşfiyyat əməkdaşlarının ölkədə quru əməliyyatlarına cəlb
edilməsinin nəzərdə tutulduğunu xəbər vermişdi.