Azərbaycan veteran cüdoçuları dünya çempionatını 6 medalla başa vurub

Baş səhifə

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar
arasında dünya çempionatında Azərbaycan millisinin çıxışı başa
çatıb.

Trend xəbər verir
ki, yarışın dördüncü günündə bir idmançımız medal qazanıb. M8 yaş
kateqoriyasında çıxış edən Fərhad Rəcəbli (-90 kq) gümüş medala
layiq görülüb.




Bununla yanaşı, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl,
Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur
Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, -100 kq) bürünc medal
qazanıblar.

Beləliklə, Azərbaycan yığması mundialı 1 qızıl, 1 gümüş və 4
bürünc olmaqla ümumilikdə 6 medalla başa vurub.