Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Zati-aliləri.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan
Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın
vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi
çatdırıram.

Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə
çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək
yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq
münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin
xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında
daha da inkişaf edəcəyinə inanıram.

Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı
ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh,
tərəqqi və rifah arzulayıram”.