
Bakı. Trend:
Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri
başa çatıb və komanda post-prodakşn işlərinə başlayıb.
Trend xəbər
verir ki, layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb.
Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il
ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi,
Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.
Filmin yaradıcı heyəti, ekran əsərində rol alan istedadlı
aktyorlar Vətən müharibəsinin real döyüş səhnələrini, tarixi Zəfər
uğrunda ağır mübarizəni məharətlə canlandırmaqla şanlı 44 günü,
ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini
əbədiləşdiriblər.
Filmin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


