Bakı. Trend:
“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Liverpul” italiyalı futbolçunu
transfer etmək istəyir.
“Qırmızılar” 26 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avroluq
təklif göndərməyi plaanlaşdırır. Keçid baş tutsa, bu, tarixin ən
bahalı müdafiəçi transferi olacaq. Bundan əvvəlki rekord “Leypziq”dən “Mançester Siti”yə 90 milyon avroya ttransfer olan
Yoşko Qvardiola məxsusdur.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Alessandro Bastoni bu
mövsüm “İnter”in heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və
3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi
2028-ci ilin 30 iyun tarixinə kimidir.

