ABŞ-də işdən çıxarılanların sayı 20 illik rekordu təzələyib

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında ötən ay 153 mindən çox insan işdən
kənarlaşdırılıb. Bu 20 iyirmi ildə oktyabr ayında qeydə alınmış ən
yüksək göstəricidir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə işədüzəltmə və peşəkar kadr
axtarışı üzrə ixtisaslaşmış “Challenger, Gray & Christmas” hesabat
dərc edib.

Məlumata görə, təkcə sentyabr ayı ilə müqayisədə işdən
kənarlaşdırma halları 175 faiz artıb.




Bundan əlavə, dərc olunmuş məlumata əsasən, yanvardan oktyabra
qədər ABŞ-də 1,09 milyondan çox iş yeri ixtisar edilib ki, bu da
2024-cü illə müqayisədə 65% çoxdur. Araşdırma nəticələrində o da
qeyd olunur ki, amerikalı işəgötürənlər yeni işçiləri işə
götürməkdə tələsmirlər.

İşdən çıxarılmaların sayının artmasının xərclərin azaldılması və
süni intellektlə bağlı dəyişikliklərin tətbiqi ilə əlaqəli olduğu
ehtimal olunur.