
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə “Report”a Azərbaycan təmsilçisindən məlumat verilib.
“Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçimiz Kadi Borges oyundan dərhal sonra klubumuzun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


