Bakı.Trend:
Bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı vasitəsilə
onlayn qaydada 654 278 bilet əldə edilib. Bu göstərici ötən ilin
müvafiq dövrü ilə müqayisədə 43,6% artıb.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrə
biletlərin xüsusi çəkisi 22% idisə, cari ilin müvafiq dövründə bu
rəqəm 33%-ə yüksəlib.
Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının
artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı
imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394
nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli
şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və
avtovağzalları əhatə edəcək.

