Füzuli şəhərinin su təchizatı ilə bağlı 17,5 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Füzuli şəhərinin su təchizatı ilə bağlı yeni layihənin icrasına
başlanılır.

Trend-in
məlumatına görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış
kollektorlarının və qurğularının tikintisinin layihə-smeta
sənədləri hazırlanacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı
hazırlıqlara start verib.




Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyəənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 17,450 milyon manata başa
gələcəyini proqnozlaşdırıb.