Rusiya buğdasının ilk partiyası Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

Baş səhifə

Bakı. Trend:

Rusiyadan ilk buğda partiyası Azərbaycan ərazisində keçməklə
Ermənistana çatıb.

Trend Ermənistan
KİV-lərinə istinadən xəbər verir, bu barədə Ermənistan iqdisadiyyat
naziri Qevorq Papoyan deyib.




“Bu, adətən Yuxarı Lars vasitəsilə çatdırılan Rusiya buğdasıdır.
Orada hansı çətinliklərin – növbələrin, eləcə də əhəmiyyətli
nəqliyyat maneələri barədə xəbərdarsınız. Bu dəfə yük Rusiya
ərazisindən keçməklə Azərbaycana dəmir yolu ilə çatıb və hazırda
Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi
olmadığı üçün qatar Gürcüstana, oradan isə Ermənistana daxil olub”,
– deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün ərzində Qazaxıstan buğdasının
bir partiyası da Azərbaycan ərazisində keçməklə Ermənistana
çatacaq.