Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yanıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Barselona” futbol klubunun azarkeşlərini UEFA
Çempionlar Liqası matçı üçün Belçikanın “Brüqqe” klubunun
stadionuna aparan avtobus yanıb və azarkeşlər təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə “Diario Sport” qəzeti xəbər
verib.




“Diario Sport” tərəfindən “X” sosial şəbəkəsində yayımlanan
videoda avtobusun arxa hissəsində qatı tüstü və açıq alov
görünür.

Təcili yardım xidmətləri insanların nəqliyyat vasitəsindən
çıxmasına kömək edib. Xəsarət alanlar barədə məlumat
verilməyib.