Britaniya səfiri Fergus Auldun “Qarabağ”a dəstək verib

Baş səhifə
Britaniya səfiri Fergus Auldun Qarabağa dəstək verib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” komandası ilə üz-üzə gələcək “Qarabağ”a dəstək verib.

“Report” xəbər verir ki, səfir bununla bağlı “X”dəki hesabında paylaşım edib.

“Artıq çox az vaxt qalıb. Oyunu izləməyə tam hazıram”, – səfir üzərində “Qarabağ”ın loqosu olan köynəyini paylaşaraq dəstəyini ifadə edib.