PASHA Real Estate “The Residences at The St. Regis, Baku” layihəsinin satışlarının başladığını elan edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı inşaat və investisiya şirkəti PASHA Real
Estate qürurla bildirir ki, çoxdan gözlənilən “The Residences at
The St. Regis, Baku” layihəsində satış artıq başlayıb. Layihə Xəzər
sahilində, Bakı bulvarında yerləşən və şəhərin memarlıq
incilərindən birinə çevrilmiş Crescent Bay kompleksində ucalıb.

Yeni simvol: “The Residences at The St. Regis,
Baku”

Aypara formasında dizayn edilən bu memarlıq möcüzəsi Bakı
panoramasına yeni nəfəs verir. Fərqli və zərif dizaynı artıq
şəhərin yeni rəmzinə çevrilib və müasir memarlıq simvolları
arasında öz layiqli yerini tutub.

Layihə çərçivəsində 152 premium mənzil və 26 ekslüziv villa inşa
edilir. Hər biri Xəzər dənizi və şəhər mərkəzinə açılan panoramik
mənzərələri ilə seçiləcək. St. Regis Baku otelinin təqdim etdiyi
zəriflik və komfort lüks yaşamı tamamlayacaq.

Həyatınıza incəlik qatan St. Regis
təcrübəsi

“The Residences at The St. Regis, Baku” sadəcə bir yaşayış
məkanı deyil. Bura St. Regis brendinin bütün üstünlüklərini təmsil
edir.

Brend hər bir sakinin həyatına xüsusi qayğı və diqqətlə yanaşır.
Bu bənzərsiz yaşamın mərkəzində məşhur St. Regis batler xidməti
dayanır. Dərin təcrübəyə əsaslanan batler xidməti ənənəvi
qonaqpərvərliyi və modern lüksü sizin ixtiyarınıza gətirir.

Marriott International şirkətinin çox-təyinatlı layihələrin
istifadəsi üzrə regional vitse-prezidenti Xaidev Menezes: “Biz
PASHA Real Estate ilə “The Residences at The St. Regis, Baku”
layihəsində əməkdaşlıq etməkdən məmnunuq. Bu rezidensiyalar brendin
irsini
əks etdirir və Bakıda bənzərsiz yaşamın yeni
dövrünü müjdələyir.”

Mükəmməl dizayn

Mənzillərin interyerləri Kristina Zanic Consultants və Blink
Design Group kimi dünyaca məşhur dizayn studiyaları tərəfindən
hazırlanıb. Bu studiyalar dizayn dünyasında öz zərif yanaşmaları və
yaratdıqları harmoniya ilə tanınır.

Bununla da, hər bir mənzildə özünəməxsus dizayn atmosferi
yaranır. Layihənin eksklüziv üstünlükləri: fitness və spa mərkəzi,
lounge zonası, uşaq klubu, iclas otağı və oyun zalı gündəlik həyatı
zənginləşdirir.

Crescent Bay — Müasir Bakının qəlbi




Crescent Bay-in dinamik sahil xəttində yerləşən layihə Bakının
ən dəyərli şəhər infrastrukturuna birbaşa çıxış imkanı yaradır.
Burada premium biznes mərkəzləri, yüksək səviyyəli restoranlar,
mədəni-tarixi mərkəzlər və dənizkənarı bulvar sadəcə bir
addımlıqdadır.

PASHA Real Estate Group şirkətinin baş icraçı direktoru
Özgür Geter
:

“PASHA Real Estate Group olaraq məqsədimiz qlobal
mükəmməlliyi Azərbaycana gətirməkdir və “The Residences at The St.
Regis, Baku” layihəsi bu ambisiyanı mükəmməl şəkildə əks
etdirir.
Dünyaca məşhur brendlərlə tərəfdaşlıq sayəsində biz bölgədə lüks
yaşayış üçün yeni standart müəyyən edirik. Bu layihə sadəcə yaşayış
məkanı deyil — ustalıq, zəriflik və detallara qüsursuz diqqət
üzərində qurulmuş fövqəladə bir həyat tərzini təmsil
edir.”

“The Residences at The St. Regis, Baku”da həyat şəhərin müasir
enerjisini və dəniz sahilinin sakitliyini bir araya gətirir. Burada
səhərlər Xəzər dənizinin ürək açan mənzərəsi ilə başlayır, gündəlik
həyat isə dinamika və lüksün mükəmməl balansı ilə keçir.

Unikal yerləşmə, bənzərsiz xidmət səviyyəsi və St. Regis
brendinin nüfuzu sayəsində “The Residences at The St. Regis, Baku”
layihəsi regionun ən arzuolunan ünvanlarından biri olmağa
namizəddir.

Əlaqə üçün:

🌐 Vebsayt: www.srresidencesbaku.com
📧 Email: [email protected]
📞 Telefon: *2024 / 051 201 32 32
🏢 Satış ofisi: Port Baku Residences, Ü. Hacıbəyov və K.
Səfərəliyeva küçələrinin kəsişməsi

PASHA Real Estate haqqında

🌐 www.pasharealestate.az

PASHA Real Estate, PASHA Holding-in bir hissəsi olaraq,
Azərbaycanın aparıcı inkişaf və investisiya şirkətidir.
Şirkət Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Monteneqroda və
Özbəkistanda yerləşən müxtəlif aktivlər portfelini idarə edir. Bu
portfelə yaşayış kompleksləri, kommersiya mərkəzləri, lüks otellər
və kurortlar daxildir.

PASHA Real Estate öz strateji yanaşması, layihələrinin yüksək
keyfiyyəti və şəhərlərin gələcəyini formalaşdıran unikal obyektlər
yaratmaq missiyası ilə tanınır.

Hüquqi Qeyd: The Residences at The
St. Regis Baku layihəsi Marriott International, Inc. və ya onun
törəmə şirkətlərinə (“Marriott”) məxsus deyil, onlar tərəfindən
inşa edilmir və satılmır.
Aypara Development LLC, Marriott şirkətindən əldə etdiyi St. Regis
lisenziyası əsasında bu brendin ad və nişanlarından istifadə edir.
Marriott bu mətndə göstərilən bəyanatların və ya təqdim edilən
məlumatların dəqiqliyini təsdiq etmir.