Sumqayıtda dəmir yolundan rels oğurlayanlar saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq
hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan
çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış
tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev,
əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev
və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.




Araşdırma aparılır.