
Bakı. Trend:
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri
olan “Soul Kitchen Terrace Baku”da Fələstin bayrağı mübahisəsi
yaşanıb.
Trend xəbər
verir ki, restoranın qonağı olan xarici müştərilər məkanın onlayn
menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin
bayrağının əks olunmasına etiraz ediblər.
Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks
təqdirdə restoranı tərk edəcəklərini və “Soul Kitchen Terrace
Baku”nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdid
və tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərk
edib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restorana
getməməklə bağlı paylaşımlar ediblər.
Buna baxmayaraq, “Soul Kitchen Terrace Baku” öz mövqeyində qalır
və menyuda Ərəb dili bölməsi Fələstin bayrağı ilə təqdim edilməyə
davam edir.
Restoranın bu addımı Fələstin xalqına mənəvi dəstək kimi
qiymətləndirilib.


