Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb

Baş səhifə
Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb

Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.

“Report” xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.