
Qarşıdakı dövrdə kolleclərdə qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq.
“Report” xəbər verir ki, bunu Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbir deyib.
O qeyd edib ki, bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


