Zəngilan. Trend:
Hal-hazırda Zəngilan şəhərində, Cəbrayıl rayonunun Şükürbəyli
kəndində tikinti işləri yekunlaşmaq üzrədir.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bunu Azərbaycan Prezidentinin
Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid
Hacıyev “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi”
mövzusunda konfransda deyib.
O bildirib ki, Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun
Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində
isə tikinti işləri davam etdirilir.

