
Bakı. Trend:
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı
və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət
tələb edir.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol
Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, belə hava şəraitində yol örtüyünün sürüşkən
olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin
uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava və
yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini
azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki
sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı
xatırladır.
Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli
olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki
ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici
elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların
yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını
ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda
təhlükəsizliyi seçməyə çağırır.


