
Bakı. Trend:
ABŞ bir ayda 10 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac
edən ilk ölkə olub.
Trend xəbər verir ki, LSEG
maliyyə şirkətinin ilkin məlumatlarına əsasən, ABŞ oktyabr ayında
rekord həddə – 10,1 milyon ton MTQ ixrac edib. Bu göstərici
sentyabr ayında yenilənmiş 9,1 milyon tonluq həcmi üstələyib.
“Artıq dünyanın ən böyük LNG ixracatçısı olan ABŞ satış həcmini
artırmaqda davam edir və 2025-ci ilin ilk dörd ayı üçün rekord
göstərici əldə edib”, – “Reuters” yazır.
“Avropa Amerika mənşəli LNG üçün əsas bazar olaraq qalır. Ötən
ay qitəyə 6,9 milyon ton, yaxud ümumi ixracın təxminən 69 faizi
göndərilib. Müqayisə üçün, sentyabr ayında bu göstərici 6,22 milyon
ton təşkil edib. Avropa qış mövsümü ərəfəsində anbarlarını
doldurmağı davam etdirir”, – LSEG-in gəmi izləmə məlumatlarında
qeyd olunur.
Məlumatlara əsasən, ötən ay ABŞ-dan Asiyaya LNG ixracı da
artaraq sentyabr ayındakı 1,63 milyon tonla müqayisədə 1,96 milyon
ton olub.


