Avrozonada inflyasiya 2,1 faizə enib

Baş səhifə

Bakı. Trend:

Oktyabrda avrozonada inflyasiya 2,1 faiz olub. Bu göstərici
sentyabrla müqayisədə 0,1 faiz azdır.

Trend xəbər verir ki, bu
barədə Avropa İttifaqı Statistika İdarəsinin (Eurostat) məlumatında
bildirilib.




Oktyabrda ən yüksək illik artımın xidmət sektorunda olacağı
gözlənilir – 3,4 faiz (sentyabrda 3,2 faiz). Sonrakı yerdə 2,5
faizlə (3 faiz) ərzaq, spirtli içkilər və tütün məhsulları gəlir.
Qeyri-enerji sənaye mallarında 0,6 faiz artım (sentyabrda 0,8
faiz), enerji qiymətlərində isə 1 faiz azalma gözlənilir.
Sentyabrda bu sahədə azalma 0,4 faiz təşkil edib.