Qurban Qurbanov həmin suala cavab vermədi

Baş səhifə

“Qarabağ”ın “Çelsi” ilə UEFA Çempionlar Liqasındakı matçı üçün biletlərin “qara bazar”da satılmamasına klub və digər qurumlar nəzarət edir.

Metbuat.az-ın məlumatına görə, bu barədə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.

O, məsələ ilə bağlı çox məlumatının olmadığını söyləyib:

“Bu barədə məlumatım yoxdur. Görmədiyim, bilmədiyim məsələyə münasibət bildirmək istəmirəm. Klub və bəzi orqanlar tərəfindən nəzarət olunur. Bu məsələ klubun da diqqətindədir. Bu səbəbdən mövzu haqqında çox danışa bilmərəm”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.