Azərbaycan futzal millisi İslamiadaya qələbə ilə başlayıb

Baş səhifə

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında
qələbə qazanıb.

Trend xəbər
verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə
üz-üzə gəlib. Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl
edib.




Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da
Özbəkistan yığmasına qarşı keçirəcək.