Bakı. Trend:
Böyük Britaniyanın ən zəngin vətəndaşı hesab olunan biznesmen
Qopiçand Hinduca 85 yaşında vəfat edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Onun ölüm səbəbi barədə hələ ki, rəsmi məlumat yoxdur.
Hinduca və böyük qardaşı Sriçand Londona 1980-ci illərdə köçüb.
“GP” təxəllüsü ilə tanınan Hinduca, 1959-cu ildə ailə biznesinə
qoşularaq, XX əsrin əvvəllərində Hindistan və İranda əsası qoyulmuş
kiçik ticarət müəssisəsini böyük bir holdinqə çevirməkdə mühüm rol
oynayıb.
Ailənin nüfuzu ötən il sınağa çəkilmişdi – 14 milyard dollara
yaxın aktivləri olan “Hinduja” Qrupunun Avropadakı rəhbəri ,
qardaşı Prakaş da daxil olmaqla ailənin dörd üzvü, ev işçilərinə
qarşı əmək istismarında ittiham olunaraq Cenevrə məhkəməsi
tərəfindən təqsirli biliniblər.

