AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı açıqlama

Baş səhifə

Bakı. Trend:

“20 Yanvar” dairəsində təhlükəsizliyi artırmaq və nizamlılığı
təmin etmək məqsədilə Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən
Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 – “sarı
tor” nişanlanma xətləri təşkil edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat (AYNA) verilib.




Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin
2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədən
yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və
ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu,
sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat
vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə
yolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişmə
yerinə daxil olması qadağandır.

“Bu məqsədlə “sarı tor” çəkilir. “Sarı tor” yolun hərəkət
hissələrinin kəsişmə yerini göstərir.
Beləliklə, “sarı kəsişmə torları” yol kəsişməsində nəqliyyatın
tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün
təmiz saxlayır”, – deyə qurumdan məlumat verilib.