
Bakı. Trend:
“Qızıl top” mükafatının sahibi Usman Dembele və “Qızıl buts”
mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına
seçiliblər.
Trend xəbər verir
ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları
Federasiyasının (FIFPro) mətbuat xidməti məlumat yayıb.
Müxtəlif ölkələrdən olan futbolçuların səsverməsi nəticəsində
müəyyənləşən 2025-ci ilin rəmzi komandası aşağıdakı
tərkibdədir:
Qapıçı: Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə)
Müdafiəçilər: Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ, Fransa),
Vircil van Dayk (“Liverpul”, İngiltərə)
Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”, İngiltərə), Cud
Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, İspaniya),
Vitinya (PSJ, Fransa)
Hücumçular: Usman Dembele (PSJ, Fransa), Kilian Mbappe (“Real
Madrid”, İspaniya), Lamin Yamal (“Barselona”, İspaniya)


