ABŞ hökuməti Əlavə Qidalanma Yardım Proqramını yalnız qismən maliyyələşdirəcək

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası Əlavə Qidalanma Yardım Proqramını
(SNAP) tam deyil, qismən maliyyələşdirməyi öhdəsinə götürüb.

Trend “ABC News”a
istinadən xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı
Departamentinin yüksək vəzifəli nümayəndəsi federal məhkəmədə
məlumat verib.

Bəyanatda qeyd olunur ki, Tramp administrasiyası proqram üçün 8
milyard dollar əvəzinə 4,65 milyard dollar ayırmağı
planlaşdırır.




Bu qərar Rod-Aylend məhkəməsinin 31 oktyabr tarixində qəbul
etdiyi qərara qismən cavab olaraq verilib. Həmin qərarda hökumətin
bağlanması fonunda Tramp administrasiyasına təxminən 42 milyon
amerikalıya ərzaq yardımı üçün maliyyə təmin etməsi
tapşırılmışdı.

Beləliklə, proqram vasitəsilə ölkənin aztəminatlı və həssas
təbəqəsinin yalnız yarısının ehtiyacları ödəniləcək.

Ərzaq, Qidalanma və İstehlakçı Xidmətləri Departamentinin katibi
Patrik Penn bildirib ki, ayrılan 4,65 milyard dollar SNAP
proqramının ehtiyat fondunu tamamilə tükəndirəcək.