
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin noyabrın 4-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə
kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə
müsahibə verib.
– Düşmən itkilər verərək geri çəkilməyə məcbur
edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
– Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə
tutub. Ermənistan Tovuz və Ağstafa
istiqamətində atəşkəs rejimini pozub.
– Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan
hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.
– Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin
diversiya cəhdinin qarşısı alınıb.


